RU

Almaniyalı nazir: "Plastikin istehsalı və utilizasiyası hər il 3 giqaton CO2 emissiya edəcək"

Plastiklərin istehsalı və utilizasiyası 2050-ci ilə qədər hər il 3 giqaton CO2 emissiya edəcək.

Bunu jurnalistlərə açıqlamasında Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke bildirib.

O qeyd edib ki, plastiklərin istehsalı, istifadəsi, utilizasiyası zamanı əhəmiyyətli həcmdə istixana qazı emissiya olunur: "Bu problem qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb edir. Əgər mövcud tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq".

Nazir əlavə edib ki, resurslardan səmərəli istifadə və dövri iqtisadiyyat tədbirlərinin tətbiqi istixana qazı emissiyalarını azaltmaq üçün əsas şərtdir.

Избранный
14
3
aznews.az

7Источники