RU

Bu ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondutərəfindən 504 min nəfərə sosial müavinət, 401 min nəfərəPrezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Trend-ə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 898mln. manat, Prezident təqaüdləri üzrə 574 mln. manat ödənilib.

Qeyd edilir ki, cari ilin 10 ayında 128 min, sosial ödənişlərinelektron təyinatına başlandığı 2019-cu ildən 698 min müavinət vətəqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyatakeçirilib.

Məqalədə:
Избранный
26
11
az.trend.az

10Источники