RU

"Bu problem qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb edir" - Almaniyalı nazir

"Plastiklərin istehsalı və utilizasiyası 2050-ci ilə qədər hər il 3 giqaton CO2 emissiya edəcək"

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke bildirib:

"Plastiklərin istehsalı, istifadəsi, utilizasiyası zamanı əhəmiyyətli həcmdə istixana qazı emissiya olunur. Bu problem qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb edir".

Steffi Lemke Almaniya hökumətinin plastik çirklənmə ilə mübarizədə beynəlxalq səyləri gücləndirməyə davam edəcəyini vurğulayıb:

"Plastiklərlə bağlı hüquqi baxımdan məcburi beynəlxalq müqavilənin hazırlanması üçün Hökumətlərarası Danışıqlar Komitəsinin (INC-5) mühüm rolu olacaq".


Müəllif: Rəqsanə Həsənova
Избранный
8
1
teleqraf.com

7Источники