RU

Payız havasının çaşdırıcılığı - SƏBƏBLƏR

Hazırda müşahidə olunan payız aylarında havaya uyğun paltar seçmək çətin olur. Səhərlər qalın sviter geyinmək yaxşıdır, amma nahar vaxtı hava istiləşir.

Bəs payızda havanın necə olacağını təxmin etmək niyə çətindir?

Redaktor.az bunun meteoroloji və bioloji səbəblərini açıqlayıb.

Belə ki, havanın temperaturunu ölçərkən, meteoroloqlar tez-tez yerdən müəyyən bir hündürlükdə yerləşən meteoroloji stansiyalardan istifadə edirlər. Ancaq bu məsafə yerin istiliyini şübhəsiz ki, nəzərə almır. Yayda torpaq isti olur və hava ilə müqayisədə daha gec soyuyur. Buna görə yayda nisbətən aşağı temperatur belə yüksək kimi hiss olunur. İnsanlar torpaqdan yayılan qalıq istiliyi hiss edə bilir.

Başqa bir amil isə torpağın tərkibidir. Beləliklə, beton və asfalt çəmənlik, yaxud ağaclıq olan ərazilərə nisbətən istiliyi daha yaxşı saxlayır. Buna görə də payızda şəhərdə edilən gəzintilər kənar bölgələrə səfərlərdən daha isti keçir. Çünki bölgə ərazilərində bitki örtüyü istiliyi enerjiyə çevirir, asfalt isə yalnız isinir.

Bioloji səbəblərə misal olaraq, tez-tez deyirlər ki, problem istilik deyil, rütubətdir. Bu, payız şaxtalarına aid edilə bilər. Soyuq ayların gəlişi ilə rütubətli havanın təsirini aradan qalxmır. Bu zaman insanlar həm nəm şaxtalardan, həm də  quru istidən əziyyət çəkə bilərsiniz.

İnsan bədəni təbii olaraq tərlə özünü soyudur. Daha dəqiq desək, tər buxarlananda və bədənimizdən istiliyi fiziki olaraq çıxaranda özümüzü sərin hiss edirik. Ancaq bu mexanizm yalnız quru havada işləyir. Rütubət yüksəkdirsə, tər buxarlanmır.

Rütubətli havada şaxtalar bərk, maye və qaz halında olan üç aqreqasiya vəziyyəti arasında enerjinin ötürülməsi səbəbindən daha az dözüləndir. Qazlar temperaturu tez dəyişə bilər, mayelər temperaturu bir qədər yavaş, bərk maddələr isə temperaturu çox yavaş dəyişə bilər. Quru donma zamanı bədənimiz istilik itirir, lakin ətrafdakı hava quru olduğundan daha tez isinir.

Sevinc İBRAHİMZADƏ

Избранный
33
redaktor.az

1Источники