RU

Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov

Bakı. Trend:

2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiəvə milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manataçatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illəmüqayisədə 1,3 milyard manat çoxdur.

Məsələ ilə bağlı Trend-əaçıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlikxərclərinin artırılmasını təqdir edib, bunu zəruri edən amillərətoxunub:

“Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncədövlətimizin təhlükəsizliyi ilə bağlıdır.

Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin 44 günlük Vətənmüahribəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da,bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir. Müzəffər AliBaş Komandan, Prezident İlham Əliyev də öz çıxışlarında bildirirki, bu gün də Ermənistanla yanaşı, bəzi məkirli qüvvələr, Fransakimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsindəmaraqlıdır. Bu məqsədlə də anti-Azərbaycan qüvvələri, imperialistgüclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onuhər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar.

Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən dəmüəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çoxmüharibə haqqında düşündüynü göstərir. Çünki sülh istəyən birdövlətin bunca sürətlə silahlanması məntiqsizdir.

Aydındır ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiəxərclərini artırmağa, öz təhlükəsizliyini etibarlı şəkildə təminetmək üçün hərbi baxımdan güclənməyə məcburdur. Çünki həm işğaldönəmi, həm də 44 günlük Vətən müharibəi göstərdi ki, müasirdünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazibtövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqadeyil, öz hərbi qüdrətinə etibar etməlidir. Bu səbəbdən dəAzərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakıreallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrinpeşəkarlığını, maddi-texniki təchizatını yüksəltməkdədir".

O qeyd edib ki, Azərbaycan dövləti müdafiə xərclərini artırmaqlayanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqınrifahının yaxşılaşması istiqamətində mühüm proyektlər həyatakeçirməkdədir.

"Dövlətimizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı,iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çoxşaxələndirməyə imkan verir. Ermənistan isə iqtisadi baxımdanacınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çoxxaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcəyi kreditlərinhesabına təmin etməyə çalışır. Fransa və bəzi dövlətlər isə müəyyənməqamlarda regionla bağlı öz maraqlarını təmin etmək üçün onaməyyən silahları təmənassız verir ki, bu da ermənipərəst dairələrinCənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunugöstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlərbilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yenidarmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı iləErmənistan dövlətinin sonu ola bilər”, - sədr əlavə edib.

Məqalədə:
Избранный
11
4
az.trend.az

5Источники