RU

Bu evlərin sənədləşdirilməsi mümkün deyil - Ekspert

“Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Məlum olduğu kimi, artıq həmin hava xətləri yeraltı kabellərlə əvəzlənir. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir".

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib.



O qeyd edib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür:

"Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənməi bir qədər çətin işdir. Amma buna gedilməlidir. Çünki nə qədər ki yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".

Sevinc,
BakuPost
Избранный
19
bakupost.az

1Источники