RU

Azərbaycan COP tədbirlərinə öz imzasını atdı

Baş tutdu

Dünya birliyi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir yol  xəritəsi müəyyən edəcək


  Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 işini uğurla davam etdirir. Amma artıq indidən noyabrın 23-dək davam edəcək  dünyanın ən mötəbər tədbirini baş tutmuş saymaq olar. Heç şübhəsiz, Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. Bunu şərtləndirən bir çox amillər var.
  Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Bu uğur, Azərbaycanın yalnız regionda deyil, həm də qlobal miqyasda çevik diplomatiya və müsbət imic yaratdığının əyani sübutudur.
  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının “Sherg.az"a açıqlamasına görə, COP29  kimi böyük bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi son dərəcə mühüm və əlamətdar bir hadisədir. Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi üçün bütün ölkələrin yekdil rəy verməsinin özü belə ölkəmizin beynəlxalq münasibətlərdəki mühüm rolundan və  siyasi aktor  kimi əhəmiyyətdindən xəbər verir:

“Tədbirin yüksək səviyyədə təşkil olunması COP29-da iştirak edən qonaqların, dünya liderlərinin və digər nüfuzlu dövlət rəsmilərinin  rəylərindən də açıq şəkildə  görünür. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bəşəriyyəti narahat edən ekoloji problemlərin və iqlim dəyişikliklərinin həllinə dəstəyini  və öz töhfəsini verir. Dünyanın ekoloji gündəliyinə  sadiqliyini nümayiş etdirərək bu problemlə mübarizədə dünya ilə həmrəy olduğunu sübut edir. Ən vacib məsələlərdən biri maliyyələşmə ilə bağlıdır ki, COP29 çərçivəsində gedən müzakirələrdə dünya birliyi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir yol  xəritəsi müəyyən edəcək. Beləliklə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti ekoloji problemlərə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı olacaq”.
  F.Şahbazlının sözlərinə görə, 196 ölkədən 70 mindən artıq qonağın iştirak etdiyi  tədbir ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsi baxımından son dərəcə əhəmiyyətlidir: “COP29 həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün qlobal bir tribunadır. Digər beynəlxalq tədbirlər kimi Azərbaycan COP tədbirlərinə də öz imzasını  atdı və  bu konfrans COP tarixində keçirilən ən uğurlu konfranslardan biri kimi yazılacaq”.

Избранный
62
42
sherg.az

10Источники