RU

Əli Mirəliyevin həyat yoldaşı: “Mən xəstələnəndə göz yaşı tökürdü”

“İllər mən bilmədən gəldi və keçdi. Allah ona can sağlığı versin və başımızın üstündən əskik etməsin”.

Publika.az xəbər verir ki, bu sözləri “Elgizlə izlə” verilişinə qonaq olan müğənni Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyeva deyib.

O, hətta xəstə olduğu vaxtlarda həyat yoldaşının onun üçün ağlayaraq göz yaşı tökdüyünü də etiraf edib:

“Yaxşıdır, ya pissdir. Hansı xasiyyətləri var, hamısı qəbulumdur. Çünki Əlinin qəlbi çox təmizdir. Mən xəstələnəndə, mənim üçün ağlayırdı. Fikir edirdi. Mən isə elə bilirdim ki, vecinə deyil. Mən onunla həmişə anlaşımışam”.

Xatırladaq ki, Əli Mirəliyevlə həyat yoldaşı 52 ildir ki, evlidirlər.

Избранный
11
6
publika.az

7Источники