RU

Məhkəmə aptekdən dərman alan şəxsi soyanla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Kamil Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 06 yanvar 2024-cü il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən “Zeytun-Çinar” aptekdə qeydə alınıb.


Belə ki, Kamil Dadaşov aptekdə zərərçəkmiş Həsənxan Əliyevin aldığı dərmanın pulunu ödəməsi üçün pul kisəsini açıb içərisindən 20 manat vəsait götürməsini görüb. O, arxadan zərərçəkmişə yaxınlaşıb əlində tutduğu pul qabının içərisindən 35 manat pulu götürüb oradan qaçaraq uzaqlaşıb.


Hadisədən sonra Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə heroin də aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsilə qeydə alınıb.


Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 22 Noyabr 2024, 11:13   
Избранный
11
pravda.az

1Источники