RU

Artıq torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik- ÖZƏL

"Son dörd ilin qürurverici hadisələrindən biri budur ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "30 illik dövrün torpaq həsrətinə son qoyulması, hazırda bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi sevindirir. Azərbaycan bu torpaqlarda bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Bu mühüm məqam bir daha təsdiqləyir ki, arxada qalan illərdə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, onların bərpası ilə bağlı da işlərə hazırlıq görülüb, iqtisadi və maliyyə imkanlarımız artırılıb. Bu fikir də hər zaman böyük qürur hissi ilə qeyd edilir ki, Azərbaycan dünya hərb tarixində ilklərə imza ataraq müharibədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники