RU

Metronun qarşısında müştəri üstündə həmkarını döyən taksi sürücüsü ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən E.Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində metronun Koroğlu” stansiyasının qarşısında qeydə alınıb.


Belə ki, E.Vəliyev idarə etdiyi avtomobili saxlayıb taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar müştəri gözləyib. Sonra o, həmin yerdə olan digər taksi sürücüsü, zərərçəkmiş F.Yusubovu növbədən kənar idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə sərnişinlər mindirməsini görüb. Bu zaman təqsirləndirilən şəxs həmin sərnişinləri zərərçəkmiş şəxsin maşınında düşürüb. Daha sonra o, F.Yusubovu təhqir edərək onunla mübahisə edib, qəsdən əli ilə bir-neçə dəfə zərərçəkmişin baş və sifət nahiyələrindən vurub.
 

Hadisədən sonra E.Vəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov 

Tarix: 22 Noyabr 2024, 11:17   
Избранный
26
pravda.az

1Источники