RU

Dostunun ölümündə günahlandırılan sürücü məhkəmə qarşısında

Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Piruz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Anar Sadıqovun icraatına verilib.


Qeyd: Hadisə bu il mayın 15-də gecə saat 01 radələrində Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində baş verib.


Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi “Mercedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.


Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.


Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.


Kamal Məmmədov 

Tarix: 22 Noyabr 2024, 11:19   
Избранный
35
pravda.az

1Источники