RU

Brüs Linin müəmmalı ölümü:  51 ildən sonra sirr açıldı

Brüs Brüs Linin müəmmalı ölümü:

Dünya şöhrətli döyüş ustası və aktyor Brüs Linin ölümünün səbəbi suyun orqanizmdə həddindən artıq yığılması olub.

E-saglam.az xəbər verir ki, ispaniyalı həkimlərin araşdırmaları bu nəticəni ortaya qoyub. Madrid Elmi İnstitutundan Priskilla Vilyavalso və komandası Brüs Linin ölümündən sonra aparılan autopsiya nəticələrini təhlil edərək, onun hiponatremiya xəstəliyindən əziyyət çəkdiyini müəyyən ediblər. Bu nadir vəziyyət böyrəklərin orqanizmdən artıq suyu xaric edə bilməməsi ilə əlaqəlidir. Sadə dillə desək, aktyorun beynində həddindən artıq miqdarda maye toplanmışdı.

İllərdir Brüs Linin ölüm səbəbi barədə fərziyyələr irəli sürülürdü, bəziləri bunu baş ağrısı üçün qəbul edilən dərmanlarla, digərləri isə mafiyanın müdaxiləsi ilə əlaqələndirirdi. Lakin yeni araşdırmalar bu iddiaları təkzib edib.

Xatırladaq ki, Brüs Li 1973-cü il iyulun 20-də Honq-Konqda, "Ölüm oyunu" filmi üzərində işləyərkən qəflətən dünyasını dəyişib. Onun ölümü dünya ictimaiyyətində böyük rezonansa səbəb olmuşdu.

© Trend

E-saglam.az

Избранный
8
3
e-saglam.az

4Источники