RU

Günya Ağamalı: “Azərbaycan mürəkkəb geosiyasi vəziyyətdən xilas edilib…”

“Yeni Azərbaycan Partiyası əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın əsas siyasi partiyalarından biridir. Partiya ölkənin müstəqillik qazandığı dövrdə yaradılmış və elə o zamandan Azərbaycan siyasi arenasında mühüm rol oynamışdır”.

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

O, açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın regionda və beynəlxalq müstəvidə yerini gücləndirmək üçün diplomatik və strateji siyasətlər həyata keçirməkdədir:

“Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il Noyabrın 21-də Naxçıvanda xalqın təkidli tələbi ilə 550 nəfərin iştirakı ilə keçirildi. Bu tarixi hadisə idi. Xalq Ümumilli Liderin yüksək idarəçilik qabiliyyətinə və siyasi zəkasına ehtiyacı duyurdu. Ölkədə xaotik vəziyyət pik həddə çatmış və ən əsası dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir məqamda Azərbaycanı üzləşdiyi çətin və bir o qədər mürəkkəb geosiyasi vəziyyətdən xilas edə biləcək yeganə şəxs məhz Ulu Öndər Heydər Əliyev idi. O, xalqı və ölkəni məhv olmaqdan xilas etməklə çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəldi. Elə həmin dövrdən Ümumilli Lider Heydər Əliyev rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.

Bu gün Yeni Azərbaycan Partiyası geniş ictimai dəstəyə malikdir. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin simasında partiyanın idalegiyasına güvənir və onun institusional fəaliyyətini yüksək qiymətləndirir. Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtisadi inkişafını təşviq edən islahatların həyata keçirilməsində aktiv iştirak etməklə, Azərbaycanın regionda və beynəlxalq müstəvidə yerini gücləndirmək üçün diplomatik və strateji siyasətlər həyata keçirməkdədir”.

Избранный
12
1
xalq.az

2Источники