Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Abasov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb, noyabrın 8-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhidlik zirvəsinə yüksəlib.
QHT.az xəbər verir ki, o, 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. 2013–2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb, noyabrın 8-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhidlik zirvəsinə yüksəlib.
Elvin Abasov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!