RU

Bu il 679 mln. zərərverici keçid blok edilib

Cari ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 679,430,000 zərərli keçid blok edilib.

Bu barədə “APA-Economics” Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3,818,400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185,163 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə III-cü rüb ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 53, ümmümillikdə cari ilin doqquz ayı ərzində isə 77 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Избранный
44
3
apa.az

4Источники