O, Putinin çıxışının hər hansı qeyri-müəyyənlikdən uzaq olduğunu və Rusiyanın artıq qarşı tərəfi ağıllı davranmağa çağırmaq niyyətində olmadığını qeyd edib. Roqov əlavə edib ki, "düşmən yalnız güc dilini başa düşür və ona hörmət edir."
Putinin Ukrayna xalqına qarşı humanist yanaşmasını qeyd edən Roqov, ukraynalıların "kukla Kiyev rejiminin" əsiri olduqlarını söyləyib. O, Rusiyanın mümkün hərbi əməliyyatlar ərəfəsində mülki əhalinin təhlükəli zonaları tərk etməsinə imkan yaradacağını da bildirib.
Bundan əvvəl Putin ABŞ və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın Dnepropetrovskdakı "Yujmaş" zavoduna nüvə başlığı olmayan hipersəs ballistik raketi ilə zərbə endirildiyini açıqlamışdı.