Türkiyənin "Fənərbağça" klubu transfer çalışmalarını davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, İstanbul klubu ulduz futbolçu Anderson Talişka ilə ilkin razılıq əldə edib.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən futbolçunun 2026-cı ilə qədər müqaviləsi var.
O, hazırda illik 12 milyon avro maaş alır. "Fənərbağça" onu daha aşağı maaşa razı salmağa çalışır.
"Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalı braziliyalı futbolçunu kluba gəlməyə razı salıb. Onun yanvarda İstanbula gəlməsi gözlənilir.
Talişkanın icarəyə götürülməsi və maaşının bir qisminin "Əl-Nəsr" klubunun ödəyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Anderson Talişka "Əl-Nəsr"də 102 matçda meydana çıxıb. O, sözügedən qarşılaşmalarda 76 qol vurub, 10 məhsuldar ötürmə edib.