RU

Ermənistanla İran danışıqları niyə intensivləşdirib? – DETALLAR

Ermənistan və İran XİN başçıları bir həftə içində ikinci dəfə danışıq aparıblar. Tribunainfo.az xəbər verir ki, dünən baş tutan telefon danışığında

Ararat Mirzoyan və Abbas Əraqçi gündəlik mövzular, ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.

Təbii ki, bu məsələnin rəsmi tərəfidir. Lakin diqqət çəkən məqam odur ki, Ermənistan və İran arasında indiyə qədər bir həftə içində ard-arda iki dəfə danışıq halları baş verməyib. Bu ilk olmaqla yanaşı, iki ölkə arasında bəzi sıxıntılı məsələlərin olmasını deməyə əsas verir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ın yeni prezidenti Donald Trampla danışığından sonra ortaya çıxan bu mənzərə onu deməyə əsas verir ki, Tehran İrəvanın hansı addımlar atacağını müəyyənləşdirməyə çalışır. Çünki həmin danışıqlarda Tramp İran məsələsində Ermənistanın onlara dəstək verib, verməyəcəyini dəqiqləşdirmək istəyib.

Bildirək ki, İran son dönəmlər Qərblə açıq konfrantasiya içindədir. Qərbin ardıcıl sanksiyaları, Yaxın Şərqdə baş verənlər, habelə proseslərin mərhələli şəkildə Qafqaza yaxınlaşması İranı ciddi problemlərlə üz-üzə qoyub. Vəziyyət belədir ki, Tehran nə infliyasiya, nə devalivasiya, nə də ümumi iqtisadi durumunu düzəldə bilmir. Əksinə, yerli rial hər gün dəyərdən düşür, ərzaq və digər məhsulların qiyməti sürətlə bahalaşır. Tehran hökuməti etiraf edir ki, insanların ac qalmaması üçün əmək haqlarını ən azı 40 faiz artırmaq lazımdır. Lakin həmin artımı həyata keçirmək üçün İranın yetərli qədər maliyyəsi yoxdur.

Bu o deməkdir ki, İran düşdüyü girdabdan çıxmağa çalışmaqla yanaşı, həm də Qərbin Qafqaza, onun düz “qulağının dibinə” yaxınlaşmağına da hazırlaşmalıdır. Bu yöndə Azərbaycanın tutumuna bələddir və Bakının mövqeyini yaxşı bilir. Yəni, rəsmi Bakı Qərb üçün İrana qarşı plastdarm olmayacaq. Heç indiyə qədər də buna imkan verməyib. Hərçənd Tehran rejimi dəfələrlə Azərbaycan üçün problemlər yaradıb, hətta səfirliyimizə basqın belə təşkil edib.

Lakin İran Ermənistanın tutacağı mövqeyindən əmin deyil. Hərçənd Tehran İrəvana bütün mümkün köməkliklərin hamısını edib. Amma buna baxmayaraq, Ermənistan həm Aİ-nin müşahidə missiyasını, həm də ABŞ-ın kiçik də olsa hərbi kontingentini İranla sərhəddə yerləşdirib. Eyni zamanda, Paşinyanın Qərbpərəst olduğu da aydındır. Trampla danışıqlarda İran məsələsinin qaldırılması isə Tehran üçün əlavə başağrısı olacaq ki, bunu indi qətiyyən arzulamır. Ona görə də, İran və Ermənistan arasında danışıqlar intensivləşib. Yəni, Əraqçı Mirzoyandan nə etmək istədiklərini dəqiqləşdirməyə çalışır. Və bunun fonunda münasibətlərə aydınlıq gətiriləcəyi dəqiqləşəcək.

Избранный
16
tribunainfo.az

1Источники