RU

“Rusiya Ukraynanın müttəfiqlərini qorxutmaq istəyir” - NATO

“Rusiya dinc əhaliyə qarşı terror aktı törətmək və Ukraynanın müttəfiqlərini qorxutmaq istəyir”.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu NATO-nun sözçüsü Fərəh Daxlallah deyib.

“Rusiyanın bu cür davranışı nə münaqişənin gedişatını dəyişəcək, nə də NATO müttəfiqlərini Ukraynaya dəstək verməkdən çəkindirəcək”, - deyə siyasətçi vurğulayıb. 

Qeyd edək ki, Rusiya ötən gün ilk dəfə olaraq Dneprə qitələrarası ballistik raket zərbəsi endirmişdi.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
3
missiya.az

1Источники