RU

Sərnişin avtobusuna silahlı hücum: Ölənlər var

Pakistanda bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobusları atəşə tutub.

News24.az xəbər verir ki, yaralıların aparıldığı xəstəxananın səlahiyyətliləri hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Pakistanın daxili işlər naziri Muhsin Naqvi də hücumda ən azı 38 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.

Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Günel Məlikzadə


Избранный
21
news24.az

1Источники