RU

“Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” mövzusunda tədbir keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində noyabrın 22-də “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” mövzusunda panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri ilə bağlı müzakirələr aparılıb.

Tədbir Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə baş tutub. Panel müzakirəsində çıxış edənlər - Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra, BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayıblar. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.

Müzakirələrdə COP29 çərçivəsində həyata keçirilən tədbirlərin yerli və beynəlxalq əhəmiyyətindən danışılıb. İştirakçılar qeyd ediblər ki, Azərbaycan bu tədbirlər vasitəsilə davamlı enerji həlləri, yaşıl texnologiyalar və ekoloji maarifləndirmə təşəbbüslərini həyata keçirir.

Eyni zamanda, tədbirdə Azərbaycanın dayanıqlı şəhər inkişafı, bərpaolunan enerji layihələri və ekoloji turizmin genişləndirilməsi sahəsindəki nailiyyətləri təqdim olunub. COP29-un uzunmüddətli təsirlərinə dair müzakirələrdə ekspertlər və iştirakçılar Azərbaycan təcrübəsinin gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini qeyd ediblər.

Tədbirin yekununda iştirakçılar COP29-un nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyətini vurğulayıblar və gələcək illər üçün əməkdaşlıq perspektivləri barədə təkliflər səsləndiriblər.

Избранный
9
1
xalqqazeti.az

8Источники