RU

Neftin qiyməti azalarsa, hökumət hansı ehtiyat addımları atacaq? - AÇIQLAMA

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik. Onun sözlərinə görə, növbəti ildə bu qiymət 5 dollar az götürülüb. Əgər neftin qiyməti enərsə, mənfi  təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var", - deyə nazir qeyd edib. 

Bəs görəsən, neftin qiyməti azalarsa, hansı ehtiyat tədbirlər görülə bilər?

İqtisadçı deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, dövlət büdcəsinin gəlirlərinin 51 faizi qeyri-neft, 49%-i isə neft sektorunun payına düşür. Deputat qeyd edib ki, neft sektorunun payında Dövlət Neft Fondunun transferləri xüsusi paya malikdir:

"Neftin dünya bazar qiyməti büdcə gəlirlərinin formalaşması və dövlət aktivlərimiz baxımından vacibdir. 2025-ci ilin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında hər hansı çətinliyin olacağı gözlənilmir. Dövlət Neft Fondu vəsaitlərini büdcəyə transfer edə biləcək. Bu da büdcə gəlirlərinin formalaşmasına təsir göstərəcək. Qeyri-neft sektoru üzrə öhdəliklərin yerinə yetirilməsində hər hansı çətinlik yoxdur. Son qiymətləndirmələr göstərir ki, qeyri-neft sektoru da bu istiqamətdə öz öhdəliklərini yerinə yetirə biləcək. O baxımdan neftin büdcədəki qiyməti 70 dollar nəzərdə tutulub. Növbəti ildə orta qiymət nisbətən aşağı olsa da, həm qeyri-neft sektorundan daxilolmalar, həm də Dövlət Neft Fondunun ödənişləri hesabına büdcənin gəlirlərinin təmin edilməsi mümkün olacaq. Neftin dünya bazar qiyməti aşağı olsa belə, bu zaman Dövlət Neft Fondunun transferləri üçün hər hansı çətinlik yaranmayacaq".

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. 2025-ci ilin büdcəsində isə neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub.

Anar Kəlbiyev

Избранный
16
unikal.az

1Источники