RU

COP29-un təşkilini bəyənirəm və Bakıda özümü çox yaxşı hiss edirəm - Edit Szorath

COP29-un təşkilini bəyənirəm və Bakıda özümü çox yaxşı hiss edirəm. Bu şəhəri xoşlayıram, gecələr bütün işıqlar yanır, heyrətamiz dərəcədə gözəldir. Eşitdim ki, Bakıda 2 vegan restoranınız var, ona görə də onları sınamağı düşünürəm.

Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Macarıstanlı nümayəndə Edit Szorath söyləyib.

Macarıstanlı nümayəndənin sözlərinə görə, COP29 iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə  bağlı problemləri həll etmək yolunda maliyyənin ayrılması üçün böyük fürsətdir:”Biz istərdik ki, hökumətlər qiymətli resurslarımızı qorumaq üçün vegan siyasəti həyata keçirsinlər. Qlobal fəlakətdən qaçmaq üçün israf etməyə daha çox vaxtımız yoxdur, lakin vegan olmaqla bunun qarşısını ala bilərik. Bu həyat tərzi torpaqlarımızın çoxunu, suyu qənaət edir və eyni zamanda, sağlam olduğu üçün müalicə xərclərini azalda bilərik. Bütün bunlar elmi şəkildə sübut edilmişdir”.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
10
ikisahil.az

1Источники