Yasamal Rayon Məhkəməsində “İydə” MMC-yə yazılan inzibati protokola baxılıb.XALQ.AZ-ın məlumatına görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb, şirkətə cərimə cəzası kəsilib.Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.Qeyd: 2018-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 40 AZN olan MMC-nin qanuni təmsilçisi Elmar Xəlil oğlu Xəlilovdur. Şirkət ətir satışı ilə məşğuldur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта