"Real"ın yarımmüdafiəçisi Luka Modriç gələn yay klubu tərk edə bilər.
Publika.az xəbər verir ki, xorvatiyalı futbolçunun Madrid klubu ilə müqaviləsi başa çatır. Tərəflərin sözləşməni yeniləmək ehtimalı azdır.
"El Gol Digital"ın məlumatına görə, "qalaktikos" Modriçə əvəzləyici tapmaq üçün yayda transfer bazarına girəcək. 39 yaşlı xorvatı əvəzləmək üçün əsas namizəd isə "İnter"in ulduzu Nikolo Barelladır.
Milan klubu italiyalı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir. Lakin "Real"ın prezidenti Florentino Peres əmindir ki, bu transferi 60 milyon avroya tamamlamaq olar.