RU

Nərimanov Rayon İcra Hakimiyyəti və qalmaqallı “Gold Məkan” məhkəməyə verildi

Nərimanov Rayon İcra Hakimiyyəti və qalmaqallı inşaat şirkəti “Gold Məkan” MMC məhkəməyə verilib.

Publika.az xəbər verir ki, icra hakimiyyəti və MMC ilə bağlı iddianı Abdullayeva Bəhriyyə Mahmud qızı qaldırıb. İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisədir. Digər səbəblər açıqlanmır.

İşə Nərimanov rayon Məhkəməsində 19 dekabr tarixində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Gold Məkan” MMC ilə bağlı vətəndaşlar dəfələrlə aidiyyəti qurumlara, prezidentə müraciət ünvanlayıb. Sakinlər bildirir ki, şirkət qanunsuz tikinti işləri həyata keçirir. Problemli MMC-nin qanuni təmsilçisi Allahşükür Əliməmməd oğlu Məmmədovdur.

Избранный
10
1
publika.az

2Источники