RU

Hesabat üzrə ekspert - VAKANSİYA

"Azerconnect" MMC, Hesabat üzrə ekspert (Reporting expert) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Gəlir hesablarındakı dəyişikliklərin, dalğalanmaların və meyllərin aylıq, rüblük və illik təhlilini aparmaq;
  • Gəlir hesabatlarına aid mühasibat, biznes və sistem proseslərinin işlənib hazırlanması/ təkmilləşdirilməsi ilə bağlı fəaliyyətin planlaşdırılmasında iştirak etmək;
  • Günlük, həftəlik və aylıq hesabat paketlərini və Əsas Keyfiyyət Göstəriciləri üzrə operativ hesabatları tərtib etmək;
  • Texniki (Excel, Powerpoint BI, Teblea vs a) bacarıqların və nəzəri biliklərin (ACCA sertifikatı, IFRS təlimləri və s.) daim təkmilləşdirilməsi; 
  • Aktiv olmaq və davamlı olaraq menecerdən yeni tapşırıqlar istəmək; 
  • Hər bir tapşırığa maksimum səy göstərmək və son nəticəni əldə etmək üçün bütün imkanlardan istifadə etmək; 
  • Gəlir hesabatlılıq prosesinin yaxşılaşdırılması üçün yeni fikirlərin irəli sürülməsi və həyata keçirilməsi. 

Tələblər:

  • Mühasibat uçotu, Vergi, Maliyyə və ya İqtisadiyyat sahəsində bakalavr və ya daha yüksək təhsil;
  • Maliyyə hesabatlılığı və IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) sahəsində sübut olunmuş təcrübə;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında, xüsusilə MS Excel və MS PowerPoint-də qabaqcıl səviyyədə işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Избранный
49
46
fins.az

10Источники