RU

4 ölkə Netanyahu haqqında həbs qərarını icra edəcəyini açıqladı


Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzzada törətdikləri hərbi cinayətlərə görə, Roma Statutunu imzalayan 124 ölkədən hər hansı birinə səfər edəcəyi təqdirdə həbs olunması ilə bağlı qərarı çıxarıb.
Yeniavaz.com
“i24news” xəbər kanalına istinadla xəbər verir ki, Fransa və Hollandiya Netanyahuya qarşı həbs qərarını icra edəcəklərini açıqlayıblar.
İtaliya isə qərarı yanlış hesab etsə də, hər ikisinin ölkəyə girəcəyi təqdirdə beynəlxalq hüquqa uyğun olaraq həbs ediləcəyini bildirib. “Bu, siyasi bir qərar deyil, beynəlxalq hüququn tətbiqidir”, - İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib.
Belçika da bu qərarı dəstəklədiyini təsdiqləyib. Belçika baş nazirinin müavini Petra De Sutter bildirib ki, Avropa İttifaqı (Aİ) BCM-in çıxardığı həbs qərarına hörmət etməlidir.
“Avropa qərara hörmət etməli, iqtisadi sanksiyalar tətbiq etməli, İsraillə Tərəfdaşlıq Müqaviləsini dayandırmalı və bu həbs orderlərini dəstəkləməlidir. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlər cəzasız qala bilməz”, - De Sutter qeyd edib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel də bildirib ki, BCM tərəfindən İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderə hörmət edilməli və icra edilməlidir.
BCM-nin Netanyahu və Qalant haqqında həbs qərarı çıxarmasından sonra İsrailin ən böyük müttəfiqi ABŞ administrasiyası bu qərarı rədd edib. Ağ Ev və Pentaqonun bəyanatlarında ABŞ-nin Netanyahu və Qalantın həbsinə order verilməsinə qarşı olduğu vurğulanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra verdiyi açıqlamada həbs qərarını tanımadıqlarını bildirib.
Избранный
7
50
yeniavaz.com

10Источники