RU

Ermənistan və İran XİN rəhbərləri telefonla danışdılar

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi bu həftə ərzində ikinci dəfə telefonla danışıblar.

Bakupost.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, son vaxtlar İran gömrüyündə xarici dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması erməni sürücülərin ciddi probleminə çevrilib. Nazirlərin telefon danışığında bu məsələ müzakirə olunub.

"Həmkarım ilə telefon danışığı zamanı o, gündəlikdəki mövzulara, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunub", - Mirzoyan X sosial şəbəkəsində bildirib.

Bundan əvvəlki söhbət noyabrın 14-də olub. İran XİN rəhbərinin Teleqram kanalında verdiyi məlumata görə, söhbət zamanı erməni nazir İrəvan və Tehran arasında regional hadisələrlə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Избранный
10
2
bakupost.az

3Источники