RU

"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.

Valyuta.az xəbər verir ki, Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.

Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edir.

Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edir.

Избранный
8
16
valyuta.az

10Источники