RU

İRAN: Həbs qərarı Netanyahunun “siyasi ölümünə” zəmanət verir

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu haqqında verdiyi həbs qərarı ilə bağlı İrandan açıqlama verilib.
Sherg.az xəbər verir ki, Tehran administrasiyası bəyan edib ki, bu qərar Netanyahunun “siyasi ölümünə” zəmanət verir.

Dünən Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu, keçmiş müdafiə naziri Yoav Gallant və HƏMAS lideri İbrahim Əl Masrinin (Məhəmməd Deif) Qəzzadakı toqquşmalar zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.

Netanyahu bu qərarı tanımayacaqlarını bildirib. O, BCM-nin qərarının antisemit olduğunu iddia edib və "təzyiqlərə boyun əyməyəcəklərini" bəyan edib.

ABŞ prezidenti Co Bayden də qərarı “rüsvayçılıq” adlandırıb.
Избранный
14
3
sherg.az

4Источники