RU

Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı

Bu günlərdə Nikol Paşinyan açıqlayıb ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındır. Hətta Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərdiyi də bildirib. Əslində rəsmi Bakı üçün məqbul olan məsələ Naxçıvana maneəsiz keçidin verilməsidir. Erməni tərəfi isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən kommunikasiya xəttlərinin Rusiyanın nəzarətində açılmasına qarşıdır.

News24.az xəbər verir ki, bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Qərb Ermənistana dəstək verir ki, Rusiya Zəngəzur dəhlizinə yerləşməsin. Ermənistan isə ümumiyyətlə Azərbaycana dəhliz vermək istəmir. Amma İrəvan anlayır ki, Bakının istədiyini verməsə, sülh sazişi və regional əməkdaşlıqdan söhbət gedə bilməz”, - deyə o əlavə edib.

Siyasi şərhçi hesab edir ki, regional kommunikasiyaların açılmaması Ermənistanın dalan ölkə kimi qalması deməkdir:

“30 illik işğal dövründə blokadada qalan Ermənistan indi həmişəkindən daha çətin durumdadır. Çünki o vaxt Ermənistana Rusiya və İran ciddi dəstək verirdi. Paşinyanın anti-Rusiya siyasəti bu dəstəyi azaldıb. İranın da İrəvana yanaşmasında şübhələr yaranıb. Belə vəziyyətdə Ermənistan Azərbaycanla razılaşmasa mövcudluğu sual altına düşür. Ona görə də, Paşinyan Azərbaycandan Naxçıvana gedən sərnişinlər və yüklərin maneəsiz keçidinə razılıq verə bilər. Dəhlizin təhlükəsizliyi ilə bağlı isə Qərb şirkətlərinin cəlb edilməsindən danışılır. Buna isə Azərbaycan razı deyil”.

Asif Nərimanlı Bakı və İrəvan arasında razılaşdırılmamış qalan iki bəndə diqqət çəkib:

“Bunlardan biri sərhəd digəri isə kommunikasiya xəttlərinin açılması ilə bağlıdır. Sərhəd uzun proses olduğu üçün Ermənistan kommunikasiya məsələsində ortaq mövqe tapmağa çalışır. İrəvan bununla regional kommunikasiyaların açılmasında müsbət rolunu önə çəkmək istəyir. Qərbyönlü Ermənistan hakimiyyəti Rusiya və İran qarşısında əlini gücləndirmək niyyətindəri. Türkiyə ilə sərhədləri açaraq Qərbə çıxış əldə etmək niyyətləri də var”.


Избранный
8
4
news24.az

5Источники