RU

Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısı İlham Əliyevin “Bu gün dünya ictimaiyyəti bizimsiyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkəbizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı,120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər beləolmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycandakeçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizinuğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davametdirən dairələrə ciddi mesajdır. Bu baxımdan Lüksemburq DeputatlarPalatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsininAzərbaycan üçün kağız parçasından başqa bir şey olmadığıreallıqdır. Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrinhər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmindövlətlərin, dairələrin özlərinə “sirr” olsa da ədaləti, beynəlxalqhüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərəsöykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir. Buqətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildəbəlli olur. Dünyanın 200-ə yaxın ölkəsindən 70 mindən artıqiştirakçını əhatə edən COP29 tədbiri Azərbaycanın beynəlxalqmünasibətlər sistemində yeri və roluna bir daha işıq salır. Bunuhəm dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən COP29-unLiderlər Sammiti, inkişaf etməkdə olan kiçik ada dövlətlərininSammiti, həm də tədbir çərçivəsində panel iclaslarda səsləndirilənfikirlər, iştirakçıların Azərbaycanla bağlı rəyləri təsdiqləyir.Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilənBəyannamələr gələcək fəaliyyətin konturlarını təqdim edir, həm evsahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilənməsələlərin həllində hansı potensial imkana malik olduqlarınınümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığıproblemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda,ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarınıntəqdimatı üçün növbəti tribuna oldu. Təbii ki, bunları qeyd etməklədünya miqyasında demək olar ki, siyasi çəkiyə malik olmayanLüksemburqun Deputatlar Palatasının qəbul etdiyi qətnaməsinin nəqədər qərəzli, siyasi riyakarlığın növbəti nümunəsi olduğutəsdiqlənir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev COP29Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik adadövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlaraəsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu məqamıxüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslərvermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sırasiyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediasıüçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentininqətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkibhissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırırki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etməkimkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilədanışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasətiilə uğurlarının davamlılığını təmin edir.

Millət vəkili Milli Məclisin də Lüksemburq DeputatlarPalatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıraraqqeyd edib ki, həmin münasibətdə bu sənəd qərəzli, qeyri-obyektiv vəədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alanəsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib: "Azərbaycanınsuverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin,ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görüləntədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdəcərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərəkobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindənasılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətvə maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç birölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinəmüdaxiləni də yolverilməz hesab edir".

Vüqar Rəhimzadə qətnamədə əksini tapan qərəzli fikirlərinreallıqdan uzaq olduğunu önə çəkərək onu da əlavə edib ki,bugünədək edilən belə cəhdlərin hər biri Azərbaycanın reallıqlarıqarşısında puç olub.

"Həqiqətlərə ədalət gözü ilə baxmaq zamanı çoxdan çatsa da hələdə bəzi dünya dövlətləri ədaləti maraqlarına qurban verərərəkyalan, qərəzli informasiyaları gündəmdə saxlamaqla nəyəsə nailolacaqlarını düşünürlər. Belə qərəzli qətnamələr heç vaxtAzərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. TarixiZəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanınartan beynəlxalq nüfuzu göz qabağındadır. Yeni dövrün reallıqlarıəsasında inamla irəli doğru inamla addımlayan dövlətimizin uğurlarıdavamlıdır. Həmin qətnamədə əsassız, qondarma “siyasi məhbus”məsələsinin gündəmə gətirilməsi də Lüksemburq parlamentinin cızılanssenarilərin icrasında “fəal” iştirakını təsdiqləyir. Azərbaycandavətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərinmöhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaqcəhdi təəssüf doğurur. Lüksemburqun ayrı-ayrı səviyyələrdə ölkəmizəqarşı qərəzli bəyanatlarla çıxış etməsi artıq məlum olanolaylardandır. Prezident İlham Əliyevin “Bizim azad etdiyimizərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikri bu ölkənindünya siyasətində yerinin aydın mənzərəsini yaradır. Azərbaycankimi güclü, qüdrətli, qalib, bütövləşən, tarixi ədaləti özü bərpaedən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edən birölkənin nüfuzuna xələl gətirmək üçün edilən bu cəhdlər heç zamanhəmin ölkələrə baş ucalığı gətirə bilməz. Əməkdaşlığa çağırışlarındaha da dərinləşdiyi və yeni imkanların yarandığı bir vaxtdaLuksemburqun və onun arxasında dayanan dairələrin cızılanssenarilərin oyunçuları olması qarşılıqlı etimad mühitini özmaraqlarına görə sıfıra endirdiklərini təsdiqləyir. Həmin dövlətlərbelə qətnamələrin Azərbaycan üçün heç bir mahiyyət kəsbetmədiyinin, yeni hədəflərə doğru daim inamla addımladığınınşahididirlər", - o əlavə edib..

Məqalədə:
Избранный
9
8
az.trend.az

9Источники