RU

Rusiya prezidentinin köməkçisi Moskva və Bakının iqlim sahəsindəki layihələrini açıqladı

"Rusiya və Azərbaycan Samur transsərhəd çayı üzərində iqlim layihəsi həyata keçirirlər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev NEWS.ru-ya bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub.

"Samur transsərhəd çayı üzərində ətraf mühitin mühafizəsi istiqamətində hazırda strukturlaşdırma mərhələsində olan iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axın barədə dəqiq anlayış var - ekoloji axına əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşma hər ölkədə yoxdur. Bizdə isə ideal şərait yaranıb və biz bu layihəni həyata keçirəcəyik", - deyə Edelgeriyev bildirib.

Onun sözlərinə görə, Samur çayındakı iqlim layihəsindən əlavə, Azərbaycan Rusiyanın karbon poliqonlarının yaradılması təcrübəsi ilə də maraqlanır.

"Bizdə də bu səriştələr var", - deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.

Ruslan Edelgeriyev, bundan əlavə, səhralaşma və torpaqların deqradasiyası proseslərinə qarşı birgə mübarizəyə böyük tələbat olduğunu vurğulayıb.
Избранный
19
4
sherg.az

5Источники