RU

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin iştirakı ilə Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi (International Cultural Communication Center Malaysia) arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə hər iki tərəf əməkdaşlıq istiqamətlərini müzakirə edərək, bu əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar barədə fikir mübadiləsi aparıb.

Memorandumunun əsas məqsədi peşə təhsili sahəsində səriştə əsaslı proqram standartlarının birgə hazırlanması və Lənkəran Peşə Təhsil Mərkəzinin tələbələrinin beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Bu əməkdaşlıq tələbələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, innovativ təhsil yanaşmalarının tətbiqi və tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmaları üçün əhəmiyyətli bir addımdır.

Memorandum çərçivəsində əldə ediləcək nailiyyətlər, peşə təhsilinin beynəlxalq inteqrasiyasını sürətləndirməklə yanaşı, Azərbaycan və Malayziya arasında peşə təhsili sahəsində yeni əməkdaşlıq platformasının formalaşmasına töhfə verəcək.

Избранный
16
tehsil.biz

1Источники