RU

Azərbaycanda 3 milyon insana maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR - RƏSMİ

Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunur. Fərqli dövlət qurumlarının rəhbərləri tərəfindən növbəti ildə həm sosial artımlar, həm də bu istiqamətdə həyata keçiriləcək işlərlə bağlı məlumatlar verilib. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi və bu sosial islahat paketinin 3 milyona qədər insanı əhatə edəcəyi açıqlanıb. Bəs müzakirələrdən sonra maaş və pensiyalarda neçə faiz artım olacaq? Ümumilikdə artım mexanizmi necə həyata keçirləcək?
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artması və minimum pensiyada artım fərqli anlayışlardır: "Minimum pensiyadakı artım Prezidentin göstərişinə uyğun olaraq həyata keçirilir və bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanır və bu da minimum əmək haqqının artmasına gətirib çıxarır. Əmək pensiyalarındakı artım əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir. Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizi elan olunduqdan sonra ölkə başçısı tərəfindən sərəncam imzalanır və bununla da bütün növ əmək pensiyaları indeksləşdirilir. Yəni əmək pensiyalarının indeksləşdirilməsi faizi bu təkliflər və ya bütövlükdə digər layihələr əsasında həyata keçirilir. Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Burada yeganə meyar əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artması faizidir". Millət vəkili qeyd edib ki, ilk 10 ayın yekunlarında orta aylıq əmək haqqındakı artım 8 faiz olub: "İlin sonuna qədər əgər bu rəqəm dəyişməzsə, o halda məhz həmin rəqəmə uyğun əmək pensiyaları indeksləşdiriləcək. Bu, bütün növ əmək pensiyalarını əhatə edəcək. Həm yaşa görə əmək pensiyası, həm ailə başçısını itirməyə görə əmək pensiyası, eyni zamanda, əlilliyə görə əmək pensiyası da buna aid olacaq. Bir məsələni də qeyd edim ki, ölkə üzrə pensiyalarda deyil, minimum pensiyada iki rəqəmli artım təklif olunur. Son rəqəm sosial paket elan olunan zaman bəlli olacaq. Amma əmək pensiyaları birbaşa orta aylıq əmək haqqındakı artıma uyğun indeksasiyadır. Çünki bu, qanunvericiliklə tənzimlənən bir proseduradır. 2025-ci ildə sosial paketin daha da dərinləşəcəyi gözlənilir. Büdcə müzakirələri göstərir ki, digər istiqamətlərdə bir sıra müavinətlərdə və eləcə də təqaüdlərdə artımların həyata keçirilməsi gözləniləndir.

Sosial paket büdcə müzakirələri və büdcə layihəsində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq formalaşdırılır. Bu zaman cənab Prezidentin göstərişləri əsasında uyğun minimum əmək haqqı, minimum pensiya və digər istiqamətlərdə artımların həyata keçirilməsi nəzərdə tutulub. Bu baxımdan sosial paket gözlənilir ki, əhatə baxımdan bir sıra yardımları və müavinətləri də əhatə edəcək".

Избранный
11
4
manset.az

5Источники