RU

Metyu Savil: Hər şey yanlışdır, raketdən istifadə etmək...

"Ukraynanın hazırkı mövqeyi Rusiya ilə münaqişə başlayandan bəri ən zəif mövqedir. Əksinə, hazırkı şəraitdə ancaq rus qoşunları üstünlüklərini artırır".

Azreform.info “The Times”a istinadən xəbər verir ki, bunu noyabrın 22-də Britaniyanın Royal United Services Institute (RUSI) analitik mərkəzinin hərbi elmlər şöbəsinin rəhbəri Metyu Savil deyib.

“Ukrayna indi münaqişənin istənilən nöqtəsində olduğundan daha zəif vəziyyətdədir. Rusiya bir sıra yerlərdə irəliləyiş əldə edir və üstünlüklər qazanır”, – ekspert qeyd edib.

Ekspert onu da qeyd edib ki, hətta Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etmək icazəsi də münaqişənin gedişatını dəyişdirə bilməyəcək. 

Rusiya və Ukrayna arasında mümkün sülh danışıqlarına gəlincə ekspert bildirib ki, ABŞ proseslərə “səhnə arxasından izləyəcəyindən” vəziyyət Ukrayna üçün “ağır” olacaq.

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel deyib ki, Ukraynanın Rusiya ərazisinə hücumlar üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etməsi məsuliyyətsiz hərəkətdir. "Vəziyyəti daha da gərginləşmək əvəzinə, məqsəd tarazlıq və qarşılıqlı anlaşma üçün diplomatik axtarış olmalıdır", - o qeyd edib.

BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, Ukrayna münaqişəsinin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir, çünki “hər şey yanlış istiqamətdə gedir”.

Mürtəza
Azreform.info

Избранный
24
3
azreform.info

4Источники