RU

“Netanyahunun həbsi qərarı İsrail rejiminin siyasi ölümü olacaq” - SEPAH komandanı

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verməsi İsrail rejiminin siyasi ölümündən xəbər verir”. 

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.

O, bildirib ki, dünya bu cinayətkar rejimin üzünə qapılarını bağladı.

Qeyd edək ki, ötən gün Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
16
2
missiya.az

4Источники