RU

Məşhur iş adamı da "erməni xəstəliyi"nə yoluxub

Baş nazir Nikol Paşinyanın erməniləri saxta “Böyük Ermənistan” xülyasından əl çəkmək çağırışları nəticə vermir. 

Ermənilər yenə də uydurma tarix yazmağa  çalışırlar. Erməni əsilli amerikalı iş adamı, “Reddit” sosial şəbəkəsinin və saytının  həmtəsisçisi Aleksis Ohanyan guya eramızdan əvvəl 95-ci ilə aid, üzərində erməni kralı “Böyük Tiqran”ın təsviri olan nadir erməni sikkəsini əldə etdiyini iddia edir.

“Əgər siz ermənisinizsə (və ya sadəcə tarix həvəskarısınızsa), yəqin ki, Böyük Tiqran haqqında və onun hakimiyyəti altında erməni krallığının necə genişlənərək Roma Respublikasının şərqində ən güclü dövlətə çevrildiyini bilirsiniz”,-Aleksis Ohanyan “Mantel” platformasında belə yazıb. 

Ohanyan qeyd edib ki, o, kolleksiyaçı deyil, erməni əsilli olması ilə fəxr edir və hər dəfə bu sikkəyə baxanda xoş hisslər keçirir. Sikkədə II Tiqranın dövründə meydana çıxan uğur əlaməti sayılan Qalley kometası təsvir edilib.

Şovinst baxışları ilə seçilən Aleksis Ohanyan 2022-ci il oktyabrın 24-də  “İnstagram” sosial şəbəkəsində ailə arxivindən foto dərc edərək Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan xilas olmuş əcdadlarının hekayəsini danışıb.

2023-cü ilin fevralında, o, Ermənistana səfəri zamanı əldə etdiyi erməni xalçalarından danışaraq, türk əsgərlərinin onun ailəsinin ailə xalçalarından ibarət mirasını ələ keçirdiklərinə dair yalançı iddialarla çıxış edib. Halbuki, bu gün Ermənistandakı xalçaların əksəriyyəti Azərbaycan türklərinin yağmalanmış əmlakıdır. Onların bir qismi zaman-zaman Qərbi Azərbaycandan qovulan azərbaycanlıların, digəriləri isə ermənilərin Birinci Qarabağ müharibəsi zamanı həyata keçirdiyi talanlar zamanı ələ keçirlmiş xalçalardır. 

Aleksis Ohanyanın Azərbaycana və Türkiyəyə qaşı yağdırdığı ittihamlar onun türk düşməni olduğunu göstərir. Eyni zamanda, onun psixi durumunun normal vəziyyətdə olması da şübhə doğurur. Çünki “Böyük Tiqran”, “Böyük Ermənistan” barədə fikirlərin yalan olması öz yerində, ABŞ-nin Massaçusets ştatında yaşayan bir adam belə bir sikkəni necə tapa bilər? Yəqin, Ohanyan ABŞ-nin də Ermənistan ərazisi olduğunu demək istəyir. 

Избранный
12
cebheinfo.az

1Источники