RU

Dollar/rubl məzənnəsi yaxın iki ildə 121 rubl səviyyəsinə qayıda bilər

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini üç gün ardıcıl 100 rublda  yuxarı müəyyən edib.

FED.az xəbər verir ki, ekspertlər bildiriblər ki, payızın əvvəlindən rubl dollara nisbətdə 11%-dən çox dəyər itirib ki, bu da inflyasiyaya 1,1% əlavə edə bilər.

Rubl niyə yenidən sürətlə ucuzlaşır?

1. İxracatçılar tərəfindən xarici valyuta satışlarının azalması;

2. Dolların bütün dünya valyutaları qarşısında möhkəmlənməsi;

3. Rusiya Mərkəzi Bankı tərəfindən yuanın xalis satışlarının azalması.

Analitiki Aleksandr Potavinin fikrincə, rublun ortamüddətli perspektivləri hələ çox parlaq deyil və valyutanın zəifləməsi qaçılmazdır. Eyni zamanda, məzənnənin artması inflyasiyaya artırıcı təkan verəcək və inflyasiya proqnozlarına təsir edəcək.

Ekspertlər dolların 100 rubla çatdıqdan sonra, bu səviyyənin üzərində möhkəmlənəcəyini və yaxın iki ildə 2022-ci ilin ən yüksək həddinə çata biləcəyini gözləyirlər.  (Marja)

Избранный
15
9
fed.az

8Источники