RU

Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib

Ukrayna Prezidenti Volodimir Zelenski dövlətə xəyanətdə və ya təcavüzkar dövlətin mənafeyinə xidmət edən şəxslərin dövlət mükafatlarından məhrum edilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edən Fərman imzalayıb.

Herbiand.az bu barədə Ukrayna Prezidenti Aparatının mətbuat xidmətinə istinadla xəbər verir.

Siyahıya keçmiş məmurlar, xalq deputatları, Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğunun rəhbərləri, incəsənət xadimləri, habelə Rusiyanın siyasi, din və mədəniyyət xadimləri daxil olmaqla 34 nəfər daxil edilib. Onların hamısı Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum ediliblər.

On fiziki şəxsə qarşı təkcə mükafatlardan məhrumetmə deyil, həm də aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, habelə ticarət əməliyyatlarının tam dayandırılması ilə bağlı maksimum sanksiyalar tətbiq edilib. Onların arasında yeddi nəfər ilk dəfə sanksiyaya məruz qalıb.

Fərmana əsasən, Regionlar Partiyası sədrinin keçmiş birinci müavini Aleksandr Yefremov I-III dərəcəli “Xidmətə görə” ordenindən, V dərəcəli “Knyaz Yaroslav Mudrı” ordenindən, Ukrayna Baş prokurorunun keçmiş müavini Renat Kuzmin II-III dərəcəli “Xidmətə görə” ordenindən və “Ukraynanın əməkdar hüquqşünası” fəxri adından, keçmiş xalq deputatı Viktor Medvedçuk “Şərəf” ordenindən, I-III dərəcəli “Xidmətə görə” ordenindən, ”Knyaz Yaroslav Mudrı” ordenindən və “Ukraynanın əməkdar hüquqşünası” fəxri adından, sabiq təhsil və elm naziri Dmitri Tabaçnik IV-V dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni və “Əməkdar elm və texnika xadimi” titulundan, sabiq Baş nazir Nikolay Azarov I-III dərəcəli “Xidmətə görə” ordeni və V dərəcəli “Knyaz Yaroslav Mudrı” ordenindən, “Ukraynanın əməkdar iqtisadçısı” titulundan, sabiq Baş prokuror Viktor Pşonka III dərəcəli “Xidmətə görə” ordenindən, keçmiş xalq deputatı Andrey Derkaç “Xidmətə görə ordenindən, musiqiçilər Nikolay Baskov, Filip Kirkorov, Aleksandr Malinin, Ani Lorak və bəstəkar İqor Krutoy Ukraynanın Xalq artisti, Taisiya Povaliy isə Ukraynanın Əməkdar artisti fəxri adlarından məhrum ediliblər.

Избранный
10
2
herbiand.az

3Источники