RU

Sement ixracı bu il Azərbaycana 43 milyon dollar - GƏLİR GƏTİRİB

2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan 43 milyon 140 min dollar həcmində 695 min 657 ton sement ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 351 min dollar və ya 5,8% artıb, miqdar ifadəsilə isə 16 min 790 ton, başqa sözlə 2,4% azalıb.

Qeyd edək ki, 2023-cü ilin 10 ayı ərzində Azərbaycandan 40 milyon 788 min dollar dəyərində 712 min 744 ton sement ixrac olunmuşdu.

Bu ilin yanvar-oktyabr ayında Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti təxminə 11 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 10 qəpik idi. Bu da illik müqayisə ilə 1 qəpik  və ya 8,3% artımdeməkdir.

Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,54%-i sementin payına düşüb.

Избранный
13
fed.az

1Источники