RU

Siyarto İstanbulda Azərbaycanın energetika naziri ilə Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə edəcək

"I İstanbul Enerji Forumu" çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin enerji nazirləri ilə Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə feysbuk səhifəsində yazıb.

P.Siyarto qeyd edib ki, ABŞ-nin Rusiyanın "Qazprombank"ına qarşı sanksiyaları Mərkəzi Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təhlükə altına alır: "Bu, Mərkəzi Avropanın bəzi dövlətlərinin enerji sahəsində təhlükəsizliyini təhlükə altına almaq üçün şüurlu cəhddir".

O bildirib ki, Macarıstan hökuməti bu cür sanksiyalara baxmayaraq, ölkənin enerji resursları ilə təchizatını təmin edir.

Избранный
3
2
bakivaxti.az

3Источники