RU

Müharibə təhlükəsi, ABŞ-Rusiya qarşıdurmasına doğru

Son günlər Ukrayna-Rusiya müharibəsi yeni mərhələyə qədəm qoyub və dünya təhdid altındadır. Bayden adminstrasiyasının Ukraynaya Rusiyanın daxilinə zərbələr vurmaq barədə göstərişi, ardınca Kiyevin dərhal bunu reallaşdırması vəziyyəti bir qədər də qəlizləşdirib. ABŞ-də seçkiləri uduzan Demokratlar  sonuncu zərbəni vurmaq üçün əlindən gələni əsirgəmir. Ukrayna münaqişəsini daha da qlobal müstəviyə keçirmək üçün səylər davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, Faktiki  Ukraynada Rusiya ilə müharibə aparan ABŞ-nin Kiyevə hərbi-siyasi yardımı ara vermir.Rusiya ərazilərində Amerika raketləri partlayır. Qarşı tərəf də borclu qalmır və arsenalındakı ən son silahların istifadəsinə başlanılıb. Müharibə ABŞ ərazisində getmədiyindən amerkalılar qətiyyən narahat deyillər. Onlar Rusiyanı zəiflətmək, parçalamaq üçün Ukrayna kartından məharətlə istifadə etməyə çalışırlar. Hələlik, məqsədinə çata bilməyən Qərb yeni eskalasiya həyata keçirməklə məşğuldur. Putin isə nüvə doktirinasını təsdiq edib və bildirilir ki, Rusiyanın cavabı daha sərt olacaq.

Trampın andiçməsinə qədər qarşıya qoyduğu  vəzifəni yerinə yetirməyə çalışan Bayden adminstrasiyası Ukraynanı silahlandırmaqda davam edir. Kiyevə yeni maliyyə yardımı ayrılır və ən son silahlar göndərilir. İndi dünya yeni müharibə astanasındadır. Yaxın Şərqdə və Ukraynada baş verənlər bir başa ABŞ-nin diktəsi ilə həyata keçirilir. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə dair qərarından narahat olan ABŞ, bir daha ikili standartlarla çıxış edir. Ötən il Rusiya prezidenti Putunun həbsinə order verən BCM-nin qərarını alqışlayan Vaşinqton, bu dəfə Netanyahunun həbs ediləcəyindən narahat olur və beynəlxalq Cinayət Məhkəməsinin qərarını sərt tənqid edir. Qərarın heç bir əsası olmadığını bəyan edən Bayden, dünyada insan haqlarının pozulmasından möhkəm narahatdır. Minlərlə günahsız insanın ölümünə səbəb olan İsrail də guya yəhudi xalqının müdafiəsi ilə məşğuldur. Bayden və komandasının xeyir-duası ilə baş verən Qəzza  qətilamının kökündə yeni siyasi manevrlər dayanır. Onların məqsədi İsrailin ərazisini işğal hesabına genişləndirmək və milyonlarla insanı öz doğma yurdlarından didərgin salmaqdır.

 Bütün zamanlarda riyakarlıq edən ABŞ Azərbaycana qarşı da eyni ədalətsiz mövqe nümayiş etdirib. 1992-ci ildə Azərbaycan əraziləri işğala məruz qalanda və Xocalı soyqırımı baş verəndə ölkəmizi ittiham edənlərdən biri də hazırkı prezident Bayden idi. Məhz erməni diasporunun əlində oyuncağa çevrilən Bayden Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri  idi. 32 il əvvəl guya Azərbaycanın Ermənistan ərazilərini işğala məruz qoyması və Ermənistanı blokadada saxlaması ittihamı ilə Azərbaycana qarşı sanksiya tətbiq edən faşist təffərkürlü insanlar özlərini sülh “göyərçinləri  kimi təqdim edirlər. Ömrünün qürub çağında, insanlarla ulduzları səhv salan, üzünü göylərə tutub adamlarla danışan bu qoca kişi,vəzifəsinin son mərhələsində dünyanı yenidən təhdid edir. Avropanı özünün müstəmləkəsi hesab edən ABŞ-nin köhnə qitədəki əlaltıları da, Baydenin dedikləriylə oturub durur. Özlərini insan haqlarının müdafiəçisi kimi təqdim edənləri milyonlarla insanın taleyi maraqlandırmır. Yalan,  böhtan, şantaj üzərində qurulan ABŞ hakimiyyəti isə daxildəki böhranı aradan qaldırmaq, dünyaya ağalıq etmək, ən güclü rəqiblərini sıradan çıxartmaq niyyətindədir. Buna nail olmaq isə elə də asan deyil.

Избранный
8
1
nocomment.az

2Источники