RU

Dövlət qulluğunda yeni qiymətləndirmə alətlərinin sınağında iştirak etmək üçün qeydiyyat başlanır

Bakı. Trend:

Dövlət qulluğunda səriştə modelinin tətbiqi çərçivəsində yeniqiymətləndirmə alətlərinin sınağında iştirak etmək üçün qeydiyyatelan olunur.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə bildirilib ki, dekabrın 5-də,10-da və 11-də elektron imtahanlar korpusunda yeni alətin keyfiyyətparametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaqların(testlərin aprobasiyası) keçirilməsi planlaşdırılır.

Sınaqlar zamanı situasiya mühakimə testlərinin praktikistifadəyə uyğunluğu, onların qiymətləndirmə meyarlarına uyğunşəkildə işlənib-hazırlanması və dövlət qulluqçularının potensialınıdaha dəqiq müəyyənləşdirməkdə effektivliyi yoxlanılacaq.

Sınaqlara təkcə dövlət qulluqçuları deyil, həm də dövlətqulluğunda çalışmayan ali təhsilli şəxslərin cəlb edilməsi nəzərdətutulur. Bu yanaşma alətin sınağına müxtəlif əhali qruplarını cəlbetməklə onun hərtərəfli yoxlanılmasına şərait yaratmaq məqsədidaşıyır.

Qeyd edək ki, DİM beynəlxalq təcrübədə geniş istifadə olunanyeni qiymətləndirmə vasitəsi – situasiya mühakimə testlərinintətbiqi ilə bağlı işlər aparır. Bu alət dövlət qulluqçularınınsəriştələrini daha obyektiv və əhatəli şəkildə qiymətləndirmək üçünnəzərdə tutulub. Hazırda DİM tərəfindən bu testlərin tərtibolunması, uyğunluq parametrlərinin təhlili və təsdiqlənməsiistiqamətində işlər həyata keçirilir.

Səriştə modeli dövlət qulluğuna qəbul, eləcə də dövlətqulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanımühüm rol oynayacaq. Bu model çərçivəsində komandada işləməkbacarığı, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərinəməsuliyyətlə yanaşmaq, nəticələr əldə etmək, problem həll etmək vəadaptasiya bacarığı kimi mühüm kompetensiyalar əsas meyarlar kimimüəyyən edilir. Bu yanaşma dövlət qulluqçularının həm fərdi, həm dəkomanda səviyyəsində daha effektiv fəaliyyət göstərmələrini təminetmək məqsədi daşıyır.

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğununinkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndi“Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”məsələsini əhatə edir.

Избранный
30
3
az.trend.az

4Источники