RU

İsrail ordusu tibb işçilərini hədəf aldı

İsrail ordusunun Livanın cənubunda təcili yardımı hədəf alması nəticəsində iki tibb işçisi həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi ölkənin cənubundakı Sur şəhərində İslam Sağlamlıq Qurumuna məxsus avtomobilə edilən hücumla bağlı açıqlama yayıb.

Məlumatda İsrailin cinayətlərinə yeni bir cinayət əlavə etdiyi, İslam Sağlamlıq Təşkilatına məxsus avtomobilin Deyr Qanun-Rəsül-Ayn kəsişməsində hədəfə alınması nəticəsində 2 tibb işçisinin həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, “İsrail beynəlxalq qanunlara və normalara və humanitar razılaşmalara məhəl qoymadan cənubda tibb işçilərini, təcili yardım maşınlarını və obyektləri hədəfə almaqda davam edir”.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən sonra İsrailin Livana hücumları nəticəsində 214 tibb işçisi həyatını itirib.

Избранный
16
cebheinfo.az

1Источники