RU

Qərargah rəisi: Sərhəddə müasir dronlardan istifadə olunur

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığı yüksək peşəkar heyəti ilə müasir texnologiyalardan istifadə etməklə dövlət sərhədinin müdafiəsini həyata keçirir.

Herbiand.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Sərhəd Komendantlığının qərargah rəisi, baş leytenant Qoşqar Behbudzadə deyib.

“Son dövrdə dövlət sərhədini 10-20 kilometr məsafədə həm gecə, həm də gündüz mühafizə edə biləcək müasir kameraların tətbiqinə başlanılıb. Eləcə də sərhəd pozucuları aşkarlanarkən, sərhəd axtarışı həyata keçirilərkən həmin müasir dronlardan istifadə olunur. Həmçinin çətin relyef şəraitində sərhəd naryadlarının rahat hərəkət edə bilmədiyi istiqamətlərdə “KS-205” tipli sistemlər vasitəsilə sərhəd pozucuları aşkarlanaraq dərhal yaxalanır”, - deyə Qoşqar Behbudzadə vurğulayıb.

O qeyd edib ki, sərhəd pozucularına qarşı silahın tətbiqi son vasitədir. Sərhəd pozucuları dövlət sərhədini qeyri-qanuni pozmağa cəhd göstərdikdə, sərhəd naryadlarına silahlı müqavimət göstərdikdə, eləcə də digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən silah tətbiq olunur.

Избранный
28
herbiand.az

1Источники