Brejnevin “Mercedes-Benz”i Moskvada hərraca çıxarılır
Sov.İKP MK-nın keçmiş baş katibi Leonid Brejnevə məxsus “Mercedes-Benz” avtomobili hərraca çıxarılacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə hərracın keçiriləcəyi Ədəbiyyat Fondunun saytında məlumat verilib. Məlumata görə, lotun başlanğıc qiyməti 28 milyon rubl (465 min manat) təşkil edəcək. “Avtomobil 20-ci əsrin nadir tarixi dəyəridir”, - məlumatda bildirilib. Xüsusi təchiz olunmuş “Mercedes-Benz” 450 SLC sedanı Leonid Brejnevə 1973-cü ildə “Moskva müqaviləsi”ni imzalamaq üçün Almaniyaya rəsmi səfəri zamanı hədiyyə edilib. Daha sonra Brejnev avtomobili ən yaxın dostu, SSRİ-nin keçmiş daxili işlər naziri Nikolay Şelokovun oğlu İqor Şelokova verib. Avtomobil 1980-ci ildən onların ailəsində saxlanılıb.