RU

10 ayda 500 milyon dollarlıq meyvə və pomidor ixracı –Xaricə daha nə satırıq? /CƏDVƏL

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 740.6 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı” Bülletenində bildirilir.

İxrac ötən ilin müvafiq dövrünə nəzərən 11 faiz artıb.

2024-cü ilin yanvar –oktyabr ayında ən çox ixrac məhsulu pomidor və meyvə olub. 10 ayda 142 milyon dollar dəyərində 118,9 min ton pomidor ixrac edilib.

Qeyd olunan dövr ərzində 359,8 milyon dollar dəyərində 315 min ton meyvə ixrac olunub.

İxrac olunan meyvələrin siyahısında ən çox alma, armud, heyva yer alır. On ayda 47,9 milyon dollar dəyərində 75 min ton bu meyvələrdən ixrac edilib.

Daha sonra siyahıda ərik, albalı, gilas, şaftalıdır: 10 ayda 99 milyon dollar dəyərində 90 min ton ixrac olunub.

Həmçinin qeyd olunan dövrdə 52 milyon dollar dəyərində 74 min ton xurma ixrac olunub.

10 ayda həmçinin 97,8 milyon dollar dəyərində 15,8 min ton qoz-fındıq ixrac edilib.

DGK-nın məlumatına görə isə, ölkənin ümumi ixracında MDB ölkələri 6,18%, o cümlədən Rusiya 4,28%, Ukrayna 0,64%, Türkmənistan 0,32%, Belarus 0,18%, Qazaxıstan 0,47%, Özbəkistan 0,14%, Qırğızıstan 0,12%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

Azpost.info

Избранный
30
azpost.info

1Источники